Bakıda ər arvadını ölümcül bıçaqladı

Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.
Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ev 141-də yaşayan 1984-cü il təvəllüdlü Əliyev Ağalar Əliyar oğlu yaşadığı evdə qızqanclıq zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızını boyun və bel nayihəsindən bıçaqlayıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Rubrika.az
Facebook-da paylaş















