Əsas Səhifə > Hadisə > Gürcüstan parlamentinin sədri istefa verib
Gürcüstan parlamentinin sədri istefa verib21-06-2019, 15:51 |
![]() Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze tutduğu vəzifədən ayrılır. Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, bu barədə brifinqdə Tbilisi meri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, müvafiq qərar hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının siyasi şurasının iclasında qəbul edilib. Xatırladaq ki, İ.Kobaxidze 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri olub. Rubrika.Az Geri qayıt |