Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze tutduğu vəzifədən ayrılır.
Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, bu barədə brifinqdə Tbilisi meri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, müvafiq qərar hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının siyasi şurasının iclasında qəbul edilib.
Xatırladaq ki, İ.Kobaxidze 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri olub.
Rubrika.Az
Facebook-da paylaş













