Əsas Səhifə > İdman > Azərbaycan UEFA reytinqində Polşa ilə fərqi artırıb
Azərbaycan UEFA reytinqində Polşa ilə fərqi artırıb18-07-2019, 10:11 |
![]() Avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarının ilk iki oyun günündən sonra UEFA-nın reytinq siyahısı açıqlanıb. APA-nın məlumatına görə, siyahıda qitə miqyaslı turnirlərdə təmsil olunan 55 ölkə yer alıb. Çempionlar Liqasının 16, Avropa Liqasının 4 görüşü cədvəldə ciddi dəyişikliyə səbəb olmayıb. Azərbaycan isə xal hesabını artırıb. Ölkə çempionu “Qarabağ”ın Albaniya “Partizani”si üzərində 2:0 hesablı qələbəsi aktivimizə 0,250 xal gətirib. Bununla da cari mövsümün qazancı 0,625 xala çatıb. Bunun 0,375-i “Qarabağ”, 0,250-si “Neftçi”nin payına düşür. Azərbaycanın son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq xalı 16,000-ya çatıb. Ölkəmiz siyahıda 26-cı pillədə qərarlaşıb. Azərbaycan bir pillə öndəki Qazaxıstandan 0,750 xal geridədir. 27-ci yerdəki Polşa ilə fərq isə artaraq 1,125 xala çatıb. Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 85,640. Rubrika.Az Geri qayıt |