Azərbaycan UEFA reytinqində Polşa ilə fərqi artırıb

Avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarının ilk iki oyun günündən sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.
APA-nın məlumatına görə, siyahıda qitə miqyaslı turnirlərdə təmsil olunan 55 ölkə yer alıb.
Çempionlar Liqasının 16, Avropa Liqasının 4 görüşü cədvəldə ciddi dəyişikliyə səbəb olmayıb. Azərbaycan isə xal hesabını artırıb.
Ölkə çempionu “Qarabağ”ın Albaniya “Partizani”si üzərində 2:0 hesablı qələbəsi aktivimizə 0,250 xal gətirib. Bununla da cari mövsümün qazancı 0,625 xala çatıb. Bunun 0,375-i “Qarabağ”, 0,250-si “Neftçi”nin payına düşür.
Azərbaycanın son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq xalı 16,000-ya çatıb. Ölkəmiz siyahıda 26-cı pillədə qərarlaşıb. Azərbaycan bir pillə öndəki Qazaxıstandan 0,750 xal geridədir. 27-ci yerdəki Polşa ilə fərq isə artaraq 1,125 xala çatıb.
Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 85,640.
Rubrika.Az
Facebook-da paylaş















