Əsas Səhifə > Hadisə > Bakıda keçmiş məhkum döyülüb
Bakıda keçmiş məhkum döyülüb26-07-2019, 11:17 |
![]() Bakıda keçmiş məhkum döyülüb. Rubrika.Az-in APA-ya istinadla məlumatına görə, hadisə Nizami rayonu, C.Naxçıvanski küçəsi 84 ünvanının qarşısında baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş, 1984-cü il təvəllüdlü Tərlan Ələkbərov naməlum şəxslər tərəfindən döyülüb. O, qarnının küt tramvası ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Onun əməliyyat yolu ilə dalağı çıxarılıb. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır. Rubrika.Az Geri qayıt |