Bakıda keçmiş məhkum döyülüb

Bakıda keçmiş məhkum döyülüb.
Rubrika.Az-in APA-ya istinadla məlumatına görə, hadisə Nizami rayonu, C.Naxçıvanski küçəsi 84 ünvanının qarşısında baş verib.
Şəhər sakini, əvvəllər məhkum olunmuş, 1984-cü il təvəllüdlü Tərlan Ələkbərov naməlum şəxslər tərəfindən döyülüb. O, qarnının küt tramvası ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Onun əməliyyat yolu ilə dalağı çıxarılıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














