Əsas Səhifə > Hadisə > Azərbaycandakı 40 yaşadək ermənilər separatçı orduya işə çağırıldı - Müharibəyə hazırlıqmı?..

Azərbaycandakı 40 yaşadək ermənilər separatçı orduya işə çağırıldı - Müharibəyə hazırlıqmı?..


26-07-2019, 12:34
Azərbaycandakı 40 yaşadək ermənilər separatçı orduya işə çağırıldı - Müharibəyə hazırlıqmı?..

Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə nazirliyi” adlanan qanunsuz qurum ölkəmizin 20 faizlik ərazisində sülənən 40 yaşadək erməniləri müqavilə əsasında işə dəvət edib.

Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinnin yaydığı məlumata görə, qondarma rejim “ordu”su ehtiyatda olan zabit və mülki şəxsləri əsasən aşağıdakı peşə və ixtisaslar üzrə işə qəbulunu elan edib: atıcı, snayper, qumbaraatan, sürücü, traktorçu, qreyderçi, ekskavatorçu, çilingər, yanacaqdolduran...

Müqavilə əsasında “ordu”ya işə daxil olan ermənilərə normal maaş və şənbə, bazar günləri istirahət vəd edilir...

Rubrika.Az
Geri qayıt