Azərbaycandakı 40 yaşadək ermənilər separatçı orduya işə çağırıldı - Müharibəyə hazırlıqmı?..

Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə nazirliyi” adlanan qanunsuz qurum ölkəmizin 20 faizlik ərazisində sülənən 40 yaşadək erməniləri müqavilə əsasında işə dəvət edib.
Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinnin yaydığı məlumata görə, qondarma rejim “ordu”su ehtiyatda olan zabit və mülki şəxsləri əsasən aşağıdakı peşə və ixtisaslar üzrə işə qəbulunu elan edib: atıcı, snayper, qumbaraatan, sürücü, traktorçu, qreyderçi, ekskavatorçu, çilingər, yanacaqdolduran...
Müqavilə əsasında “ordu”ya işə daxil olan ermənilərə normal maaş və şənbə, bazar günləri istirahət vəd edilir...
Rubrika.Az
Facebook-da paylaş











