Əsas Səhifə > Hadisə > Nabranda 3 piyadanı avtomaşın vurub – Bir nəfər ölüb
Nabranda 3 piyadanı avtomaşın vurub – Bir nəfər ölüb5-08-2019, 09:45 |
![]() Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabran istirahət zonasında qeydə alınıb. Hərəkətdə olan “VAZ 2109″ markalı nəqliyyat vasitəsi 3 piyadanı vurub. Onlardan biri – Xudat şəhəri, İstisu qəsəbə sakini 1997-ci il təvəllüdlü Xalıqov Əlisahib Ramiz oğlu hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Rubrika.Az Geri qayıt |