Nabranda 3 piyadanı avtomaşın vurub – Bir nəfər ölüb

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabran istirahət zonasında qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2109″ markalı nəqliyyat vasitəsi 3 piyadanı vurub. Onlardan biri – Xudat şəhəri, İstisu qəsəbə sakini 1997-ci il təvəllüdlü Xalıqov Əlisahib Ramiz oğlu hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş













