Əsas Səhifə > Din > Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir21-08-2019, 10:30 |
![]() Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi əvvəlcə evinə gətirilib. Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, mərhumun yaxınları, pilot yoldaşları vida mərasimində iştirak etmək üçün onun Yeni Yasamaldakı evinin həyətinə toplaşıblar. Rəsmi vida mərasimi saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində başlayıb. Sonra pilotun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi ötən gün tapılaraq dənizdən çıxarılıb Rubrika.Az Geri qayıt |