Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir

Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi əvvəlcə evinə gətirilib.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, mərhumun yaxınları, pilot yoldaşları vida mərasimində iştirak etmək üçün onun Yeni Yasamaldakı evinin həyətinə toplaşıblar.
Rəsmi vida mərasimi saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində başlayıb. Sonra pilotun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi ötən gün tapılaraq dənizdən çıxarılıb![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş












