Əsas Səhifə > Hadisə > ABŞ-da təyyarə qəza enişi etdi: 7 nəfər xəsarət aldı
ABŞ-da təyyarə qəza enişi etdi: 7 nəfər xəsarət aldı23-08-2019, 10:20 |
|
"Hawaiian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honolulu (Havay) hava limanında qəza enişi edib. Rubrika.az teleqraf.com-a istinadla xəbər verir ki, Oklend (Kaliforniya) - Honolulu reysini həyata keçirən təyyarənin qəza enişi etməsinə səbəb salonda başlayan tüstülənmə olub. Məlumata əsasən, qəza enişi nəticəsində 7 sərnişin xəsarət alıb, onların arasında uşaqlar da var. Bildirilir ki, təyyarədə 184 sərnişin və 7 heyət üzvü olubş Təyyarədə tüstülənmənin baş verməsi səbəbi hələlik müəyyən edilməyib. Rubrika.az Geri qayıt |