ABŞ-da təyyarə qəza enişi etdi: 7 nəfər xəsarət aldı
![]()
"Hawaiian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honolulu (Havay) hava limanında qəza enişi edib.
Rubrika.az teleqraf.com-a istinadla xəbər verir ki, Oklend (Kaliforniya) - Honolulu reysini həyata keçirən təyyarənin qəza enişi etməsinə səbəb salonda başlayan tüstülənmə olub.
Məlumata əsasən, qəza enişi nəticəsində 7 sərnişin xəsarət alıb, onların arasında uşaqlar da var.
Bildirilir ki, təyyarədə 184 sərnişin və 7 heyət üzvü olubş
Təyyarədə tüstülənmənin baş verməsi səbəbi hələlik müəyyən edilməyib.
Rubrika.az
Facebook-da paylaş







