Əsas Səhifə > İdman > AVRO-2020: Azərbaycan Xorvatiya ilə matçda hesabı bərabərləşdirib -YENİLƏNİB (CANLI YAYIN)
AVRO-2020: Azərbaycan Xorvatiya ilə matçda hesabı bərabərləşdirib -YENİLƏNİB (CANLI YAYIN)9-09-2019, 21:58 |
![]() AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçında hesab dəyişib. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Bakıda keçirilən qarşılaşmada hesabı bərabərləşdirib. Komandamızın heyətində 73-cü dəqiqədə Təmkin Xəlilzadə fərqlənib - 1:1. *** Saat 21:10 Azərbaycan – Xorvatiya matçında ikinci hissə başlayıb. Millimiz 0:1 hesabı ilə geridədir. *** Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Xorvatiya matçında hesab açılıb. Rəqib komandanın 10 nömrəli oyunçusu Luka Modriç penalti zərbəsini vuraraq hesabı 1-0 edib. *** Saat 20:00 Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Xorvatiya matçı başlayıb. Musavat.com xəbər verir ki, qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edir. Yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edir. Baş hakim Sandro Scharer, köməkçiləri Stephane De Almeida, Alain Heiniger və Fedayi Sandır. Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub. Saat 22:45-də isə E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq. Musavat.com Azərbaycan – Xorvatiya qarşılaşmasını bu linkdən izləyə bilərsiniz: https://canlitvizle.com/cbc-sport Rubrika.Az Geri qayıt |