AVRO-2020: Azərbaycan Xorvatiya ilə matçda hesabı bərabərləşdirib -YENİLƏNİB (CANLI YAYIN)

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçında hesab dəyişib.
Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Bakıda keçirilən qarşılaşmada hesabı bərabərləşdirib. Komandamızın heyətində 73-cü dəqiqədə Təmkin Xəlilzadə fərqlənib - 1:1.
***
Saat 21:10
Azərbaycan – Xorvatiya matçında ikinci hissə başlayıb. Millimiz 0:1 hesabı ilə geridədir.
***
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Xorvatiya matçında hesab açılıb. Rəqib komandanın 10 nömrəli oyunçusu Luka Modriç penalti zərbəsini vuraraq hesabı 1-0 edib.
***
Saat 20:00
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Xorvatiya matçı başlayıb.
Musavat.com xəbər verir ki, qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edir. Yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edir.
Baş hakim Sandro Scharer, köməkçiləri Stephane De Almeida, Alain Heiniger və Fedayi Sandır.
Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub. Saat 22:45-də isə E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.
Musavat.com
Azərbaycan – Xorvatiya qarşılaşmasını bu linkdən izləyə bilərsiniz:
https://canlitvizle.com/cbc-sport
Rubrika.Az
Facebook-da paylaş










