Əsas Səhifə > Hadisə > Türkiyədə mikroavtobusun aşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb- YENİLƏNİB

Türkiyədə mikroavtobusun aşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb- YENİLƏNİB


11-09-2019, 13:10
Türkiyədə mikroavtobusun aşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb- YENİLƏNİB

Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı 10 nəfərə, yaralıların sayı isə 7 nəfərə çatıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Bitlis valisi Oktay Çağatay bildirib.

***

Türkiyənin Bitlis əyalətində kəndlərarası mikroavtobusun aşması nəticəsində ilkin məlumata görə 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məlumatı “Sabah” yayıb.

Qəza Bitlisin Hizan rayonunda baş verib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi araşdırırlır.

Rubrika.az
Geri qayıt