Türkiyədə mikroavtobusun aşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb- YENİLƏNİB

Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı 10 nəfərə, yaralıların sayı isə 7 nəfərə çatıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Bitlis valisi Oktay Çağatay bildirib.
***
Türkiyənin Bitlis əyalətində kəndlərarası mikroavtobusun aşması nəticəsində ilkin məlumata görə 8 nəfər ölüb, 5 nəfər yaralanıb.
Məlumatı “Sabah” yayıb.
Qəza Bitlisin Hizan rayonunda baş verib.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbi araşdırırlır.
Rubrika.az
Facebook-da paylaş











