Əsas Səhifə > Hadisə > Prokurorluqdan sabiq məhkəmə sədrinin qətli ilə bağlı - Açıqlama

Prokurorluqdan sabiq məhkəmə sədrinin qətli ilə bağlı - Açıqlama


13-09-2019, 16:03
Prokurorluqdan sabiq məhkəmə sədrinin qətli ilə bağlı - Açıqlama

Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb

Rubrika.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

"İş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - E.Sultanov əlavə edib.

Rubrika.Az


Geri qayıt