Prokurorluqdan sabiq məhkəmə sədrinin qətli ilə bağlı - Açıqlama
![]()
Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb
Rubrika.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
"İş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - E.Sultanov əlavə edib.
Rubrika.Az
Facebook-da paylaş









