Əsas Səhifə > Din > 600 min müsəlman soyqırımla üz-üzə: Rejim ölkəni morqa çevirir
600 min müsəlman soyqırımla üz-üzə: Rejim ölkəni morqa çevirir17-09-2019, 11:30 |
|
Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmada yaşayan 600 min müsəlmanın soyqırım təhlükəsi qarşısında qaldığını açıqlayıb. Rubrika.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Myanma üzrə müşahidəçilərinin yaydığı yazılı açıqlamada bildirilib. Sənəddə ölkənin Rohinqya bölgəsində hökumətə bağlı hərbi qüvvələrin müsəlmanlara qarşı silahlı hücumlarının davam etdiyi bildirilib. BMT-nin müşahidə missiyası bundan əvvəl Myanma ordusu tərəfindən zorakılıqla ölkə ərazilərindən çıxarılan 1 milyon müsəlmanın geri qayıtması üçün heç bir imkanın olmadığını vurğulayıb. BMT 2017-ci ildə Myanma ordusunun müsəlmanlara yönəlik hücumlarını soyqırım adlandırmış, ölkənin yüksəkvəzifəli generalları barədə cinayət işinin açılmasını tələb etmişdi. Myanma hökuməti rohinqyalı müsəlmanları rəsmi olaraq vətəndaş saymır. Rubrika.az Geri qayıt |