600 min müsəlman soyqırımla üz-üzə: Rejim ölkəni morqa çevirir
![]()
Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmada yaşayan 600 min müsəlmanın soyqırım təhlükəsi qarşısında qaldığını açıqlayıb.
Rubrika.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Myanma üzrə müşahidəçilərinin yaydığı yazılı açıqlamada bildirilib.
Sənəddə ölkənin Rohinqya bölgəsində hökumətə bağlı hərbi qüvvələrin müsəlmanlara qarşı silahlı hücumlarının davam etdiyi bildirilib.
BMT-nin müşahidə missiyası bundan əvvəl Myanma ordusu tərəfindən zorakılıqla ölkə ərazilərindən çıxarılan 1 milyon müsəlmanın geri qayıtması üçün heç bir imkanın olmadığını vurğulayıb.
BMT 2017-ci ildə Myanma ordusunun müsəlmanlara yönəlik hücumlarını soyqırım adlandırmış, ölkənin yüksəkvəzifəli generalları barədə cinayət işinin açılmasını tələb etmişdi.
Myanma hökuməti rohinqyalı müsəlmanları rəsmi olaraq vətəndaş saymır.
Rubrika.az
Facebook-da paylaş












