Əsas Səhifə > Hadisə > "Mən fotosessiyamda fotoşopdan istifadə etməmişəm, qapı da əyilməyib..."
"Mən fotosessiyamda fotoşopdan istifadə etməmişəm, qapı da əyilməyib..."30-09-2019, 14:11 |
|
Xəbər verdiyimiz kimi aparıcı Rövşanə Ağasəfqızı “Səhər-səhər” verilişində əməkdar artist Könül Kərimovanın təqdim etdiyi fotosessiyasını müzakirə edərək onun fotoşopdan istifadə etdiyini iddia edib. Moderator.az-ın əməkdaşı məsələyə K.Kərimovanın münasibətini öyrənmək istəyərkən müğənni sualımızdan yayınmağa çalışıb: “Buna görə mənə neçə yerdən zəng vururlar. Yenə o fotoşop söhbəti? Mən fotosessiyamda fotoşopdan istifadə etməmişəm. Qapı da əyilməyib. Xahiş edirəm belə şeylərə görə vaxtımı almayın”. Qeyd edək ki, aparıcı verilişində K.Kərimova haqqında “Yaraşıqlı xanımdır, ətli-canlı olmasının marağı var. Şəkildə açıq-aşkar görünür ki, fotoşopdan qapı da əyilib. Qəşəng ifaçıdır, amma fotoşop nəyə lazımdır?” deyərək əməkdar artistin bostanına daş atmışdı. Rubrika.az Geri qayıt |