"Mən fotosessiyamda fotoşopdan istifadə etməmişəm, qapı da əyilməyib..."
![]()
Xəbər verdiyimiz kimi aparıcı Rövşanə Ağasəfqızı “Səhər-səhər” verilişində əməkdar artist Könül Kərimovanın təqdim etdiyi fotosessiyasını müzakirə edərək onun fotoşopdan istifadə etdiyini iddia edib.
Moderator.az-ın əməkdaşı məsələyə K.Kərimovanın münasibətini öyrənmək istəyərkən müğənni sualımızdan yayınmağa çalışıb:
“Buna görə mənə neçə yerdən zəng vururlar. Yenə o fotoşop söhbəti? Mən fotosessiyamda fotoşopdan istifadə etməmişəm. Qapı da əyilməyib. Xahiş edirəm belə şeylərə görə vaxtımı almayın”.
Qeyd edək ki, aparıcı verilişində K.Kərimova haqqında “Yaraşıqlı xanımdır, ətli-canlı olmasının marağı var. Şəkildə açıq-aşkar görünür ki, fotoşopdan qapı da əyilib. Qəşəng ifaçıdır, amma fotoşop nəyə lazımdır?” deyərək əməkdar artistin bostanına daş atmışdı.
Rubrika.az
Facebook-da paylaş















