Əsas Səhifə > Hadisə > Abşeron sakinini döyüb pulunu alan şəxslər saxlanılıb
Abşeron sakinini döyüb pulunu alan şəxslər saxlanılıb9-10-2019, 12:48 |
|
Abşeronda quldurluq hadisəsi baş verib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-də saat 3 radələrində 4 nəfərin onu döyərək 550 manatını aldıqlarını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rubrika.Az Geri qayıt |