Abşeron sakinini döyüb pulunu alan şəxslər saxlanılıb
![]()
Abşeronda quldurluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-də saat 3 radələrində 4 nəfərin onu döyərək 550 manatını aldıqlarını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş











