Əsas Səhifə > Hadisə > Süpürgəçini vurub öldürən sürücü qadın imiş

Süpürgəçini vurub öldürən sürücü qadın imiş


11-10-2019, 16:12
Süpürgəçini vurub öldürən sürücü qadın imiş

Daxili İşlər Nazirliyi ötən gün süpürgəçinin ölümü ilə nəticələnən qəza haqda məlumat yayıb.

Rubrika.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məlumata görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunun H.Əliyev prospektində saat 9 radələrində qeydə alınıb.

Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Rubrika.az
Geri qayıt