Süpürgəçini vurub öldürən sürücü qadın imiş
![]()
Daxili İşlər Nazirliyi ötən gün süpürgəçinin ölümü ilə nəticələnən qəza haqda məlumat yayıb.
Rubrika.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məlumata görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunun H.Əliyev prospektində saat 9 radələrində qeydə alınıb.
Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş












