Əsas Səhifə > İdman > Millimiz İsveçrəyə qarşı
Millimiz İsveçrəyə qarşı15-10-2019, 16:44 |
|
Azərbaycan U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Rubrika.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda İsveçrə yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək matç saat 20:00-da start götürəcək. İlk turda Lixtenşteynə uduzan (0:1) milli Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub. Cəmi 3 xalı olan komandamız qrup sonuncusudu. AÇ-2021-in seçmə mərhələsi 2-ci qrup 15 oktyabr 20:00. Azərbaycan - İsveçrə Baş hakim: Novak Simoviç (Serbiya). Sumqayıt. “Kapital Bank Arena”. Rubrika.Az Geri qayıt |