Millimiz İsveçrəyə qarşı
![]()
Azərbaycan U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Rubrika.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda İsveçrə yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək matç saat 20:00-da start götürəcək.
İlk turda Lixtenşteynə uduzan (0:1) milli Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub. Cəmi 3 xalı olan komandamız qrup sonuncusudu.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
15 oktyabr
20:00. Azərbaycan - İsveçrə
Baş hakim: Novak Simoviç (Serbiya).
Sumqayıt. “Kapital Bank Arena”.
Rubrika.Az
Facebook-da paylaş










