Əsas Səhifə > Hadisə > Tramp PKK-ya külli miqdarda pul verdiklərini etiraf etdi
Tramp PKK-ya külli miqdarda pul verdiklərini etiraf etdi17-10-2019, 10:30 |
![]() PKK terror təşkilatı İŞİD terror qruplaşmasından daha artıq təhlükə kəsb edir. Rubrika.az Trend-e istinadla bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə italiyalı həmkarı Sercio Mattarella ilə birgə mətbuat konfransında deyib. D.Tramp bildirib: "Bildiyiniz kimi, kürd qüvvələrinin tərkibinə daxil olan PKK terror təhlükəsi baxımından və bir çox digər münasibətlərdə İŞİD-dən daha pisdir. Düşünürəm ki, bu problemdir və biz, buna baxmayaraq, bu problemi çox uğurla nəzarətdə saxlayırıq". ABŞ Prezidenti əlavə edib: "İŞİD PKK-ya hörmət edir. Bilirsiniz niyə? Çünki onlar İŞİD qədər və ya onlardan daha sərtdirlər. Heç kim bu haqda danışmaq istəmir: biz özümüzü elə aparırıq ki, guya kürdlər mələkdirlər". D.Tramp etiraf edib ki, PKK onlar tərəfdə döyüşüb: “Lakin biz buna görə onlara külli miqdarda pul vermişik”. Rubrika.az Geri qayıt |