Tramp PKK-ya külli miqdarda pul verdiklərini etiraf etdi

PKK terror təşkilatı İŞİD terror qruplaşmasından daha artıq təhlükə kəsb edir.
Rubrika.az Trend-e istinadla bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə italiyalı həmkarı Sercio Mattarella ilə birgə mətbuat konfransında deyib.
D.Tramp bildirib: "Bildiyiniz kimi, kürd qüvvələrinin tərkibinə daxil olan PKK terror təhlükəsi baxımından və bir çox digər münasibətlərdə İŞİD-dən daha pisdir. Düşünürəm ki, bu problemdir və biz, buna baxmayaraq, bu problemi çox uğurla nəzarətdə saxlayırıq".
ABŞ Prezidenti əlavə edib: "İŞİD PKK-ya hörmət edir. Bilirsiniz niyə? Çünki onlar İŞİD qədər və ya onlardan daha sərtdirlər. Heç kim bu haqda danışmaq istəmir: biz özümüzü elə aparırıq ki, guya kürdlər mələkdirlər".
D.Tramp etiraf edib ki, PKK onlar tərəfdə döyüşüb: “Lakin biz buna görə onlara külli miqdarda pul vermişik”.
Rubrika.az
Facebook-da paylaş










