Əsas Səhifə > Hadisə > “Barış bulağı”: Türkiyə Ordusu 673 terrorçunu zərərsizləşdirib
“Barış bulağı”: Türkiyə Ordusu 673 terrorçunu zərərsizləşdirib17-10-2019, 11:00 |
![]() Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Barış bulağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 673 nəfərə çatıb. Rubrika.az virtualaz.org-a istinadla bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda belə deyilir. "Fərat çayının şərqindəki “Barış bulağı” əməliyyatında zərərsizləşdirilən PKK/YPG terrorçularının sayı 673 nəfər oldu", - deyə nazirlik bəyan edib. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında “Barış bulağı” əməliyyatına oktyabrın 9-da başlayıb. Rubrika.az Geri qayıt |