“Barış bulağı”: Türkiyə Ordusu 673 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Barış bulağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 673 nəfərə çatıb.
Rubrika.az virtualaz.org-a istinadla bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda belə deyilir.
"Fərat çayının şərqindəki “Barış bulağı” əməliyyatında zərərsizləşdirilən PKK/YPG terrorçularının sayı 673 nəfər oldu", - deyə nazirlik bəyan edib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında “Barış bulağı” əməliyyatına oktyabrın 9-da başlayıb.
Rubrika.az
Facebook-da paylaş












