Əsas Səhifə > Hadisə > Ermənistanda yaşayış binası çökdü - İnsanlar dağıntılar altında qaldı
Ermənistanda yaşayış binası çökdü - İnsanlar dağıntılar altında qaldı17-10-2019, 16:40 |
![]() Ermənistanın cənubundakı torpaq sürüşməsi nəticəsində iki nəfər çökən evin dağıntıları altında qalıb. Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, bu gün səhər saatlarında Yerevandan 300 kilometr aralıda Kapan şəhərində ikimərtəbəli yaşayış binasının torpaq sürüşməsi nəticəsində çöküb və insanlar altında qalıb. Hazırda hadisə yerində yanğınsöndürən-xilasetmə qrupu işləyir. Xilasetmə işləri üçün lazımi avadanlıqlar şəhər meriyası tərəfindən təmin edilib. "Kapandakı çökən binanın altında iki nəfər - yaşlı cütlük qalıb. Onların sağ qalması barədə hələlik heç bir söz deyə bilmərəm. Xilasetmə işləri davam etdirilir", - deyə Tsolakyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, sürüşmə davam edir və xilasedicilər torpaq qatlarını traktorlarla gücləndirməlidirlər. Rubrika.Az Geri qayıt |