Ermənistanda yaşayış binası çökdü - İnsanlar dağıntılar altında qaldı

Ermənistanın cənubundakı torpaq sürüşməsi nəticəsində iki nəfər çökən evin dağıntıları altında qalıb.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, bu gün səhər saatlarında Yerevandan 300 kilometr aralıda Kapan şəhərində ikimərtəbəli yaşayış binasının torpaq sürüşməsi nəticəsində çöküb və insanlar altında qalıb. Hazırda hadisə yerində yanğınsöndürən-xilasetmə qrupu işləyir. Xilasetmə işləri üçün lazımi avadanlıqlar şəhər meriyası tərəfindən təmin edilib.
"Kapandakı çökən binanın altında iki nəfər - yaşlı cütlük qalıb. Onların sağ qalması barədə hələlik heç bir söz deyə bilmərəm. Xilasetmə işləri davam etdirilir", - deyə Tsolakyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, sürüşmə davam edir və xilasedicilər torpaq qatlarını traktorlarla gücləndirməlidirlər.
Rubrika.Az
Facebook-da paylaş











