Əsas Səhifə > Hadisə > “Türkiyə NATO-dan çıxarılsın” – Fransadan şok çağırış
“Türkiyə NATO-dan çıxarılsın” – Fransadan şok çağırış21-10-2019, 16:18 |
|
Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyatla əlaqədar Türkiyənin NATO-dakı üzvlüyünün dayandırılmasını tələb edib. Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Le Pen Türkiyəni müttəfiqlik prinsiplərini pozmaqda günahlandırıb. “Türkiyə NATO-da qalmaq meyarlarını pozdu. Onun ittifaqdakı iştirakını dayandırmaq lazımdır”, - partiya lideri deyib. Bundan əlavə, Le Penin sözlərinə görə, Avropa İttifaqının namizədlik yardımı proqramı çərçivəsində Türkiyəyə ödəmələr də dayandırılmalıdır. O xatırladıb ki, 2021-ci ildən 2027-ci ilədək olan dövrdə bu ödənişlərin həcmi 6 milyard avro olmalıdır. Rubrika.az Geri qayıt |