“Türkiyə NATO-dan çıxarılsın” – Fransadan şok çağırış
![]()
Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyatla əlaqədar Türkiyənin NATO-dakı üzvlüyünün dayandırılmasını tələb edib.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Le Pen Türkiyəni müttəfiqlik prinsiplərini pozmaqda günahlandırıb.
“Türkiyə NATO-da qalmaq meyarlarını pozdu. Onun ittifaqdakı iştirakını dayandırmaq lazımdır”, - partiya lideri deyib.
Bundan əlavə, Le Penin sözlərinə görə, Avropa İttifaqının namizədlik yardımı proqramı çərçivəsində Türkiyəyə ödəmələr də dayandırılmalıdır.
O xatırladıb ki, 2021-ci ildən 2027-ci ilədək olan dövrdə bu ödənişlərin həcmi 6 milyard avro olmalıdır.
Rubrika.az
Facebook-da paylaş













