Əsas Səhifə > Hadisə > Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var


24-10-2019, 14:20
Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Qasımov Kamran İlham oğlu ölüb, daha 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt