Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var
![]()
Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Qasımov Kamran İlham oğlu ölüb, daha 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş













