Əsas Səhifə > Səhiyyə > Oqtay Gülalıyev komadadır
Oqtay Gülalıyev komadadır4-11-2019, 12:22 |
![]() Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2-ci dərəcəli koma vəziyyətindədir. Rubrika.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bunu jurnalistlərə onun həkimi- neyrocərrah Adil Qeybulla deyib. “Oqtay Gülalıyevin müalicə aldığı Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxladım. Vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir. Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir”,-deyə A.Qeybulla bildirib. A.Qeybullanın sözlərinə görə, komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır: “Mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətirmək nəqsədilə bu gün Oqtay bəyin ilk daxil olduğu 1 saylı Kliniki Tibbi Mərkəzdəki tomoqrafiyasının şəklini əldə etməyi və travmanın bütün dinamikasını detallarla izah etməyi planlaşdırıram”. Xatırladaq ki, O.Gülalıyev oktyabrın 29-u paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi 90-PZ-543 dövlət nömrə nişanlı “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb. Rubrika.Az Geri qayıt |