Əsas Səhifə > Hadisə > Özbəkistan-Tacikistanın sərhədində silahlı toqquşma - 17 ÖLÜ

Özbəkistan-Tacikistanın sərhədində silahlı toqquşma - 17 ÖLÜ


6-11-2019, 11:21
Özbəkistan-Tacikistanın sərhədində silahlı toqquşma - 17 ÖLÜ

Ötən gecə 20 nəfərdən ibarət naməlum cinayətkar dəstə Tacikistanın paytaxtı Düşənbənin 60 kilometrliyindəki “İşkobad” sərhəd zastavasına hücum edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Tacikistanın Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları İdarəsinin yaydığı məlumata görə, maskada olan cinayətkarlar sərhəd qoşunlarının 5 avtomatını alə keçiriblər.

Aparılan əməliyyat nəticəsində maskalıların 15 nəfəri öldürülüb, 5-i isə əsir götürülüb.

Atışmada Tacikistanın bir sərhədçisi və bir polis nəfəri də həlak olub.

RUBRİKA.AZ
Geri qayıt