Özbəkistan-Tacikistanın sərhədində silahlı toqquşma - 17 ÖLÜ

Ötən gecə 20 nəfərdən ibarət naməlum cinayətkar dəstə Tacikistanın paytaxtı Düşənbənin 60 kilometrliyindəki “İşkobad” sərhəd zastavasına hücum edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Tacikistanın Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları İdarəsinin yaydığı məlumata görə, maskada olan cinayətkarlar sərhəd qoşunlarının 5 avtomatını alə keçiriblər.
Aparılan əməliyyat nəticəsində maskalıların 15 nəfəri öldürülüb, 5-i isə əsir götürülüb.
Atışmada Tacikistanın bir sərhədçisi və bir polis nəfəri də həlak olub.
RUBRİKA.AZ
Facebook-da paylaş












