Əsas Səhifə > Din > "Bu ilin 9 ayında icra xidməti tərəfindən 780 minə qədər icra işinin yarıdan çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 690 milyon manatdan artıq vəsait ödətdirilib".
"Bu ilin 9 ayında icra xidməti tərəfindən 780 minə qədər icra işinin yarıdan çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 690 milyon manatdan artıq vəsait ödətdirilib".22-11-2019, 10:00 |
![]() "Ötən dövrdə cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb". Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib. O bildirib ki, eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək bu günədək 2000-dən artıq məhkuma elektron qolbağlar tətbiq edilib. Rubrika.Az Geri qayıt |