"Bu ilin 9 ayında icra xidməti tərəfindən 780 minə qədər icra işinin yarıdan çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 690 milyon manatdan artıq vəsait ödətdirilib".

"Ötən dövrdə cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb".
Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.
O bildirib ki, eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək bu günədək 2000-dən artıq məhkuma elektron qolbağlar tətbiq edilib.
Rubrika.Az
Facebook-da paylaş








