Əsas Səhifə > Hadisə > Bakıda sərnişin avtobusu 56 yaşlı qadını vurdu

Bakıda sərnişin avtobusu 56 yaşlı qadını vurdu


25-11-2019, 09:23
Bakıda sərnişin avtobusu 56 yaşlı qadını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.az-in "Report"a istinadla məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında sərnişin avtobusu yolu keçən 56 yaşlı Əliyeva Sevda Cabbar qızını vurub.

Yaralı təcili yardımın köməyi ilə 3 saylı şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Müayinə zamanı S.Əliyevaya sağ baldırın əzilmiş yarası diaqnozu qoyulub.

Polis hadisənin təfərrüatlarını araşdırır.

Rubrika.Az
Geri qayıt