Bakıda sərnişin avtobusu 56 yaşlı qadını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.az-in "Report"a istinadla məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında sərnişin avtobusu yolu keçən 56 yaşlı Əliyeva Sevda Cabbar qızını vurub.
Yaralı təcili yardımın köməyi ilə 3 saylı şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Müayinə zamanı S.Əliyevaya sağ baldırın əzilmiş yarası diaqnozu qoyulub.
Polis hadisənin təfərrüatlarını araşdırır.
Rubrika.Az
Facebook-da paylaş












