Əsas Səhifə > Hadisə > Bakıda torpaq sürüşməsi - BU ƏRAZİLƏRDƏ SU OLMAYACAQ

Bakıda torpaq sürüşməsi - BU ƏRAZİLƏRDƏ SU OLMAYACAQ


25-11-2019, 12:51
Bakıda torpaq sürüşməsi - BU ƏRAZİLƏRDƏ SU OLMAYACAQ

Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisində su xəttində qəza olub.

Bununla bağlı virtualaz.org-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, həmin ərazidən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.

Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

RUBRİKA.AZ
Geri qayıt