Bakıda torpaq sürüşməsi - BU ƏRAZİLƏRDƏ SU OLMAYACAQ

Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisində su xəttində qəza olub.
Bununla bağlı virtualaz.org-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, həmin ərazidən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.
Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
RUBRİKA.AZ
Facebook-da paylaş











